Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
72
elxan-allahverdiyev-qebul
Vüqar Əvəzov adına 300 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşdə iştirak edən Biləcəri qəsəbə sakinləri görülmüş işlərlə bağlı rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin qəsəbədaxili asfalt örtükləri və kanalizasiya sistemlərinin yenidənqurma və təmiri, avtobusların son marşurut xəttinin əvvəlki dayanacaqlara qədər qaytarılması, məişət tullantıları konteynerlərinin sayının artırılması, Biləcəri Şəhidlər Kompleksində su xəttində təziqin artırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.info
Bir 12 kişi, oturan insanlar, ayakta duran insanlar, takım elbise ve iç mekan görseli olabilir
Bir 12 kişi, oturan insanlar, ayakta duran insanlar, takım elbise ve iç mekan görseli olabilir
Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 14 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 11 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve askeri üniforma görseli olabilirBir 11 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilir
Bir 13 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləBinəqədi rayonunun ictimaiyyət nümayəndələri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər – FOTOLAR
Növbəti məqalədəConducting M&A in Info Room