“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsi və 6 №li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir-Sənsiz deyil” onuncu yaradıcılıq festivalının növbəti seçim turu keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, festival orta ümumtəhsil məktəblərinin şagirdləri arasında müxtəlif nominasiyalar: ədəbi-bədii layihələr – bədii qiraət, müəllif şeiri, milli rəqs, musiqi (ifaçılıq, çalğı alətləri) – üzrə keçirilir.
Bineqedi.info


















