Binəqədidə evdən 9 min 500 manatlıq oğurluq edilib

0
74
bineqedi-polis-bolmesi

Bakıda evdən 9 min 500 manatlıq oğurluq edilib.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə Motodrom yaşayış sahəsindəki evlərin birindən 7540 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb.

Araşdırma aparılır.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi Gənclər Evində “Biznes: başlanğıc, uğur və sirlər” mövzusunda təlim təşkil olunacaq
Növbəti məqalədəBinəqədidə yaradıcılıq festivalının növbəti seçim turu keçirilib – FOTOLAR