Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, YAP Binəqədi Rayon Təşkilatının və yerli özünü idarəetmə təşkilatlarının nümayəndələri tərəfindən şəhid Arəstə Baxışovanın ailə üzvləri ilə birgə Vətən Müharibəsi şəhidi Arəstə Baxışovanın doğum günü münasibətilə Şəhidin məzarı ziyarət olunub.
Bineqedi.info saytı xəbər verir ki, 44 günlük zəfərin yeganə xanım şəhidi Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı növbəti dəfə yaralı əsgərlərimizi atışma bölgəsindən çıxaran zaman aldığı güllə yarasından qəhrəmancasına şəhid olub.
Arəstə xanım hərbidə göstərdiyi qüsursuz xidmətinə görə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Xanım şəhidimiz Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə böyük xalq izdihamı ilə dəfn edilib.
Bineqedi.info