Müdafiə Nazirliyi “Əsgərin kitab rəfi” adlı kitabtoplama aksiyası elan edir

0
56
mudafie-nazirliyi.
“Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edirik”.
Bineqedi.info saytı xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib: “Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik.
KİV nümayəndələrindən aksiyaya dəstək olmalarını xahiş edirik.
Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.
Kitab hədiyyə etmək istəyənlər həftənin bazar ertəsi – cümə günləri saat 9⁰⁰-dan 17⁰⁰-dək Bakı şəhəri Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 144 ünvanında yerləşən Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına müraciət edə bilər.
Aksiya 01.09.2022-ci ilədək davam edəcək.
Əlaqə nömrəsi: (+994 12 537 15 97)
Bineqedi.info
Əvvəlki məqaləElxan Allahverdiyevin 7 və 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol turniri keçirilib – FOTOLAR