“Azəriqaz” sahibkarlarla növbəti görüşünü Binəqədidə keçirəcək

0
136

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü sabah Binəqədi rayonunda təşkil olunacaq.

Bineqedi.info saytının “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurumun rəhbər şəxsləri Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 8 (Ramiz Aboyev Parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə vətəndaşlara qarşı 213 min manatdan artıq dələduzluq edilib
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konsert keçirilib