Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, ümumilikdə 4 komandada 16 gəncin iştirak etdiyi oyunda Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında suallar səsləndirilib.
Turnirin sonunda 46 balla “Zəfər” komandası qalib olub.
Bineqedi.info




