Ulu Öndər Heydər Əliyevə həsr olunmuş yeni şeir – Örnək idi hər kəsə

0
1427
heyder-eliyeve-aid-yeni-seir-heyder-eliyeve-hesr-olunmus-yeni-seir

Heydər baba dünyaya,

Gəlib mayın onunda.

Tarixi şəxsiyyətdir

Tarix oldu sonunda.

 ***

Xilas etdi Vətəni,

Düşmənin caynağından.

Alnıaçıq çıxdı O,

Tarixin sınağından.

***

Örnək idi hər kəsə.

Biliyi, savadıyla.

İndi qürur duyuruq

O insanın adıyla.

***

Hər kəsə qismət olmaz,

Bu qədər sevgi, qüvvət.

Çalışdı yerin tapsın,

Nəhayət, haqq-ədalət.

 ***

Ona sevgi sonsuzdur,

Xalqımız qədrin bilir.

Hər zaman xatırlayır,

“Ulu öndərim”,- deyir.

 Müəllif:  Nicat İsmayılov

Əvvəlki məqalə“Ermənilərə status vermək istəyənlər öz ölkəsində yaxşı yer seçsin”
Növbəti məqalədəQanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb – Fotolar