Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “ASAN xidmət” əməkdaşları arasında mini futbol turniri keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi rayonu ərazisində yerləşən Bakı Tennis Akademiyasında final mərhələsi ilə əlaqədar təşkil olunan tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və digər qonaqlar iştirak ediblər.

Ümumilikdə 15 aprel 2022-ci il tarixdən start verilən turnirdə 29 komanda iştirak edib.

Turnirin qalibi Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin komandası olub. II yeri 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin komandası, III yeri isə Tovuz Regional “ASAN Xidmət” Mərkəzinin komandası tutub.

Qaliblərə müxtəlif diplom, medal və pul mükafatları təqdim olunmuşdur.
Bineqedi.info














