Poçt müdiri 5 ay ərzində 25 min manat mənimsəməkdə ittiham olunur

0
372
bineqedi-rayon-prokurorlugu

Bakıda poçt müdiri 25 min manata yaxın dövlət vəsaitini mənimsəyib.

Bineqedi.info xəbər verir ki, Binəqədi rayon prokurorluğunun məlumatına görə, “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə  bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Həmin poçtun sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi (12.07.2021-09.12.2021) tarixlərdə şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 dollar (7650 manat) məbləğində pulu mənimsəməsinə  əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı mənimsəmə ittihamı ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Bineqedi.info

Əvvəlki məqaləPaşinyan küçə etirazlarının damarını necə tutur?
Növbəti məqalədəBinəqədidəki dəhşətli qətllə bağlı təfərrüatlar – MƏHKƏMƏ