Binəqədidə qadının boyunbağısı soyğunçuluq yolu ilə ələ keçirilib

0
88
polis-masini-hebs-cinayet

Bakıda qadının qızıl boyunbağısı soyğunçuluq yolu ilə ələ keçirilib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə mayın 9-da paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Əliyev həmyerlisi Ü.Paşayevanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə talayıb.

Daha sonra o, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə Ramin Əliyevin rayon ərazisindəki daha bir evdən 465 manat, 500 avro və 100 ABŞ dolları oğurlaması da müəyyən oluub.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə 15 nəfərin öldüyü dəhşətli yanğından yeddi il keçir – FOTO
Növbəti məqalədəBinəqədidə təmizlik və təmir-bərpa işləri aparılır – FOTOLAR