Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə Harvard Universitetinin məzunu, AİD Group Təhsil mərkəzinin təsisçisi Nigar Əliyeva tərəfindən “Xaricdə təhsil: Parlaq Gələcək” mövzusunda təlim keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Gənclər Evində keçirilən təlimdə gənclərimiz xaricdə təhsilin üstünlükləri, təqaüd proqramlarına necə müraciət edilməli, hazırda ixtisas seçimi edərkən nəyə diqqət etməli və s. məlumatları öyrəniblər.
Sonda gənclərlə xatirə şəkli çəkilib.
Bineqedi.info








