Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Zəfər turnir”i keçirilib

0
53

Hövsan Olimpiya İdman Kompleksində “RM” İdman Klubunun və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə kadetlər, yeniyetmələr, gənclər və kişilər arasında kikboksinq üzrə “Zəfər turnir”i keçirilib.

Bineqedi.info xəbər verir ki, yarışda Azərbaycanın Kikboksinq Federasiyasının rəhbərliyi, İkinci Qarabağ müharibəsi qaziləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Turnirdə ölkəmizin müxtəlif bölgələrindən 350-dən çox idmançı qalib adı uğrunda mübarizə aparıb.

Əvvəlcə Dövlət Himnimizin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yarışın keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliği olub. Qeyd edilib ki, kütləvi bədən tərbiyəsi və idman artıq cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib.

Tədbirin açılış mərasimində çıxış edən “RM” İdman Klubunun vitse-prezidenti Ramil Səfərov Azərbaycanda idmançılara göstərilən qayğı və yaradılan şəraitdən danışıb. Klubunun direktoru, dünya və Avropa çempionu Tural Cavadov bildirib ki, “Zəfər turniri”nin məqsədi, eyni zamanda, Azərbaycanda yeniyetmə və gənclər arasında kikboksinqun təbliği, eləcə də bu idman növünə olan marağın daha da artırılması və inkişaf etdirilməsidir.

Gərgin və maraqlı keçən yarışın yekununda klubun idmançıları fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun kikboksinq komandası isə turnirin gümüş medalına layiq görülüb. Üçüncü yerin sahibi isə Sumqayıtın “Teyd” kikboksinq klubunun idmançıları olub.

Sonda qaliblər kubok, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Bineqedi.info

Bir 1 kişi, ayakta ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 9 kişi ve ayakta duran insanlar görseli olabilirBir 7 kişi, ayakta duran insanlar ve şunu diyen bir yazı 'RN AZARBAYCAN KİKBOKSİNO FEDERASİYASI RM İDMAN KLUBU Kadetlar, Yeniyetmalar, Ganclar va Kişilar arası Kikboksinq üzra ZaFap TURNİRİ AKF KOMPLEKSİ CB0' görseli olabilirBir 11 kişi ve ayakta duran insanlar görseli olabilirBir 4 kişi ve ayakta duran insanlar görseli olabilirBir 14 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir bir veya daha fazla kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Əvvəlki məqaləBinəqədi məktəbliləri Bakı Atıcılıq Mərkəzində yarışı izləyiblər – FOTOLAR
Növbəti məqalədəBinəqədi Gənclər Evində şəhid atası ilə görüş keçirilib – FOTOLAR