Binəqədi polislərindən növbəti əməliyyat

0
155
bineqedi-polis-bolmesi

Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin Abşeron rayon sakini F. Əbilovun 85 manat məbləğində pulunu soyğunçuluq yolu ilə talaması barədə müraciət daxil olub.

Bineqedi.info saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qədirov saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini R.Eminovun 170 manat məbləğində pulunu dələduzluq yolu ilə alması da müəyyənləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Növbəti məqalədəLavrov Fərrux kəndi ilə bağlı səhvə yol verdiyini ANLADI?