DYP Binəqədidə reyd keçirib -VİDEO

0
141

Daxili işlər nazirinin əmrinə əsasən, yol polisi respublika ərazisində “Təmiz hava” aylığı ilə bağlı maarifləndirici aksiyalar keçirir.

Bineqedi.info xəbər verir ki, avqustun 1-dən 31-dək davam edən tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır.

“Təmiz hava” aylığı ilə bağlıkeçirilən tədbirlər Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində davam etdirilib. Tədbir zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillər sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah olunub. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə xəbərdarlıq edilib.

Yol polisi əməkdaşları sürücülərə tövsiyə ediblər ki, avtomobilləri saz vəziyyətdə saxlasınlar. Bu həm onların, həm digər hərəkət iştirakçılarının sağlamlığı, həm də ətraf mühitin qorunması üçün vacibdir.

Rayon ərazisində həmçinin yükdaşıma qaydalarını pozan maşınların ssürücüləri ilə də profilaktik işlər mütəmadi olaraq aparılır.Bu sürücülərə yol polisləri tərəfindən xəbərdarlıq olub, qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanuni tədbirlər görülüb.

Əvvəlki məqaləDiqqət, bu qurum işçi axtarır – Vakansiyalar
Növbəti məqalədəBinəqədidə xeyriyyə tədbiri – Fotolar