Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Gənclər Evində keçirilən layihənin növbəti görüşü “Uğura gedən yol” mövzusunda “Asan Radio”nun direktoru Emin Musavi ilə olub.
Tədbirdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov və gənclər iştirak edib.
Görüşdə Emin Musavi ilk öncə layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallar ətrafında danışıb.
Daha sonra o, radio və televiziya sahəsində atdığı ilk addımdan, həyata keçirdiyi layihələrdən bəhs edib. Bu sahəyə yeni başlayan gənclərə məsləhətlərini veren Emin Musavi onlar tərəfindən verilən sualları da ətraflı şəkildə cavablandırıb.
Olduqca maraqlı keçən görüşün sonunda əməkdaşımız tərəfindən qonağımıza hədiyyə təqdim edilib.
Bineqedi.info







