Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Biləcəri qəsəbəsinin sakinləri ilə görüşdü – FOTOLAR

0
138
bileceri-seyyar-qebul
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşdə iştirak edən Binəqədi rayon sakinləri görülmüş işlərlə bağlı ölkə başçısına öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin avtobus dayanacağının yerinin dəyişdirilməsi və avtobus kartları üçün ödəmə terminalının quraşdırılması, köhnə və nasaz avtobusların yeni avtobuslarla əvəz edilməsi, tunelin girişində kanalizasiya xəttinin çəkilməsi və təmiri, məcburi köçkün olan vətəndaşın yaşayış yerinin müvəqqəti dəyişdirilməsi, maddi vəziyyətinin aşağı olması səbəbindən təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Elektron Hökümət portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verdi, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi.
Bineqedi.com
Bir 8 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 13 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 11 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 10 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 3 kişi ve ayakta duran insanlar görseli olabilirBir 14 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 3 kişi ve ayakta duran insanlar görseli olabilirBir 7 kişi ve ayakta duran insanlar görseli olabilirBir 7 kişi, oturan insanlar, ayakta duran insanlar ve takım elbise görseli olabilirBir 5 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 6 kişi, oturan insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləBinəqədidə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Növbəti məqalədəBinəqədidə Xudadat bəy Məlikaslanov küçəsi təmir olunur – VİDEO