Binəqədidə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

0
93

Bakıda qətl törətməkdə təqsirləndirilən Ramil Rəhmanovun məhkəməsi başlayır.

Bineqedi.info saytı Report-a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, R.Rəhmanov 1994-cü il təvəllüdlü Cavad Allahverdiyevlə mübahisə zəminində onu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

R.Rəhmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Əvvəlki məqaləBinəqədidə fəaliyyət göstərən musiqi məktəbinin konserti keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı Biləcəri qəsəbəsinin sakinləri ilə görüşdü – FOTOLAR