Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimizin övladları üçün onları sevindirmək, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə “Şəhidlərimizin bizə əmanəti” adlı əyləncəli, bədii aksiya keçirilib. Bineqedi.info saytına verilən məlumata görə, aksiyada uşaqlar üçün müxtəlif bədii kompozisiyalar, şoular təqdim edildi.
Aksiya zamanı çıxış edən YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva bütün uşaqları salamlayaraq, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş oğul və qızlarımızın qəhrəmanlığından bəhs etdi. Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıdan danışdı. Bütün uşaqlara uğurlar arzuladı.
Şəhid övladları aksiyadan xoş təəssüratlarla ayrıldılar. Sonda xatirə şəkli çəkdirildi.
Bineqedi.info









