Millət vəkili Azay Guliyev seçicilərin təklifi ilə Binəqədi rayonu, 7-ci mikrorayon Süleyman Sani Axundov küçəsi 397, 398, 401 saylı, Kunanbayev küçəsi 2, 3 saylı və 8-ci mikrorayon, Azadlıq prospekti, 20 saylı binanın həyətində vətəndaşlarla görüşüb.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə seçicilər bir sıra problemlərin həllində deputatdan kömək xahiş ediblər.
Deputat seçicilərin qaldırdığı məsələlərlə yaxından tanış olub və onların həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak edib.
Bineqedi.info




