Paytaxt Bakıda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Binəqədi rayonunda da küçə, prospekt və parkların abadlaşdırılması, təmizlik və təmir-bərpa işləri görülür, yaşıllıqlara qulluq göstərilir.
Binəqədi rayonunda küçələrdə səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər yuyulur, müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılır.
Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən genişmiqyaslı təmizlik işləri çərçivəsində həmçinin yaşıllıqlara qulluq göstərilir.
Bineqedi.info