Binəqədi rayonu ərazisində abadlıq, təmizlik işləri davam etdirilir.
Bineqedi.com saytı xəbər verir ki, davamlı şəkildə aparılan abadlıq, təmizlik, yaşıllıq sahələrinin suvarılması və s. tədbirlər çərçivəsində Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən 6-cı mikrorayon S. Məmmədova küçəsində düzəldilmiş söhbətgahda abadlıq işləri çərçivəsində sınmış oturacaqlar rənglənib.
Bundan əlavə, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən M. Ə. Rəsulzadə qəsəbəsi ərazisində salımış parkda sınmış oturacaqlar bərpa olunub və rənglənib.
Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən Binəqədi rayonu Xocəsən qəsəbəsi Lomonosov adına Moskva Dövlət Universitetinin ərazisindən Bakı-Astara yolu istiqamətində isə iməclik işləri həyata keçirilib.
Bineqedi.com saytı görülən işlərdən fotoları təqdim edir.