Binəqədi rayonunda mərasim evində nöqsanlar aşkar edilib

0
56
bineqedi-resulzade-qesebesi

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bineqedi.info saytına verilən məlumata görə, Bakının Binəqədi rayonunda M.Ə.Rəsulzadə qəsəbəsi, Həmzə Babaşov küçəsi, 6A ünvanında hüquqi şəxs “Ceremony Hall” QSC-yə məxsus yas mərasimi evində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub. Belə ki, müəssisədə məhsulların saxlanması zamanı temperatur rejiminin pozulduğu, quru anbar sahələrindən keçən kanalizasiya borularının izolyasiya edilmədiyi, müəssisədə çirkli qabların yuyulması və soyuq qəlyanaltıların hazırlanmasının eyni sahədə həyata keçirildiyi, vaxtlı-vaxtında dezinfeksiya işlərinin həyata keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Müəssisədə hazırlanan qidalardan nümunələr götürülərək müayinələrinin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müəyyən olunmuş pozuntularla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Əvvəlki məqaləBinəqədidə işçi qrupunun üzvlərinin iştirakı ilə görüş keçirilib
Növbəti məqalədə“Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük ehtiyac var” – Sevil Mikayılova