Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonunda və Bakı şəhərinin Binəqədi rayonunda ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 10 min 950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Bineqedi.com saytının məlumatına görə, Xidmətdən bildirilib ki, faktlarla bağlı Lənkəran rayon sakini N. Mirzəyev və Binəqədi rayon sakini E. Cəbrayılov barəsində akt tərtib olunub.
Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün hər iki fakt üzrə toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Ev Manşet