“Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində dövlət tərəfindən üçotaqlı mənzillə təmin olunmuşam, sentyabr ayında köçəcəyəm”.
Bineqedi.com xəbər verir ki, bunu report-a açıqlamasında Vətən müharibəsi iştirakçısı, III dərəcəli əlil Rüstəm Məmmədov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində könüllü olaraq Xocavənd, Cəbrayıl, Füzuli və Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak edib: “Döyüşlərin birində kəllə-beyin travması və ayağımdan qəlpə yarası almışam”.
O, Prezident İlham Əliyev və Birinci-vitse-prezident Mehriban Əliyevaya şəhid ailələri, müharibə veteranları, əlillər və qazilərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını da bildirib: “Hazırda 300 manat Prezident təqaüdü alıram, indi isə mənzillə təmin olundum. Yaradılan bu şəraitə görə Prezident İlham Əliyev və Birinci-vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Dövlətimizdən çox razıyam”.