Binəqədidəki qəzaya yük maşınının nasaz olması səbəb olub?

0
63
bineqedi qeza

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı yük maşınının sürücüsü, avtomobil nasaz olduğu üçün tunelin girişində nəqliyyat vasitəsini saxlayıb. Bu zaman yüksək sürətlə idarə olunan “Hyundai” markalı minik maşını yük avtomobilinə çırpılıb.

Zərbənin təsirindən yük maşını tunelin beton divarına dəyib.

Bineqedi.com

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə tələbə polisi bıçaqlayıb – Hökm oxundu
Növbəti məqalədəElxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi