Emin Əmrullayev: “Belə müəllimin şagird qarşısına çıxması günahdır”

0
84
emin-emrullayev-tehsil-naziri

“İbtidai sözünü “p” ilə yazan müəllimin şagird qarşısına çıxması günahdır”.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, sertifikasiya imtahanı müəllimlərin yüklənməsi deyil: “Müəllimlər 5 ildə 2 saat imtahan verir və imtahanın nəticəsinə uyğun olaraq biz onların maaşını 10 və ya 35 faiz artırırq. Hesab edirəm ki, bu, yüklənmə və ya ədalətsizlik deyil. Əksər müəllimlərin burada heç bir problemi olmayacaq. Bu, müəllim sözünü “məllim”, qrup sözünü “qurup” kimi yazanlarla bağlı ola bilər. Sertifikasiyanın mahiyyəti həm də müəllimin həvəsləndirilməsidir, məqsədimiz müəllimləri yormaq deyil”.

“Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr məktəblərdəki şagird sayı ilə müəyyənləşir. Burada məktəblərdəki məktəbəhazırlıq sinifləri nəzərə alınmır”.

Nazir qeyd edib ki, buraya məktəbdəki I-XI sinif şagirdlərinin sayı daxildir.

“COVID-19 xəstəliyi ilə bağlı problemimiz yoxdur, Operativ Qərargahın tövsiyələrinə uyğun davam edirik”.

Nazir qeyd edib ki, qeyri-adi nəsə baş verməsə, tədris ilinə sentyabrın 15-də başlanılacaq.

“Biz məktəbli formasının rəngini, elementlərini müəyyən edirik, formasını tənzimləyirik. Əgər forma bahadırsa, bu, bazar münasibətləridir, istehlakçıların hüquqlarının müdafiəsi mövzusudur, elm və təhsil mövzusu deyil”.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, belə hallar varsa, yaxşı deyil. Nazir, həmçinin təsdiqlənmiş məktəbli formasında bəzi məktəb direktorlarının şalvarın üzərindən xətt çəkərək valideynlərə göndərməsi ilə bağlı yayılan məlumata da münasibət bildirib. O qeyd edib ki, belə konkret şikayətlər varsa, məktəbin nömrəsi, hansı direktor edibsə, bununla bağlı müraciət olunsun və araşdırılsın.

“Bu il imtahanda 150-dən aşağı bal toplayan 31 min abituriyentin əksəriyyəti əvvəlki illərin məzunlarıdır”.

O qeyd edib ki, ildən-ilə yüksək nəticə göstərən şagirdlərin sayı artır: “Məktəbi bitirənlərin hamısı 700 bal toplaya bilməz. Məktəbin mahiyyəti də bu deyil. Lakin göstəricilər onu deməyə əsas verir ki, ildən-ilə yüksək nəticə göstərənlərin sayı artır”.

Əvvəlki məqaləBinəqədidə fəaliyyət göstərən “ZV” idman klubunun idmançılarının böyük uğuru
Növbəti məqalədəBinəqədidə ad günü münasibətilə şəhidin məzarı və ailəsi ziyarət olundu – FOTOLAR