Binəqədidə ad günü münasibətilə şəhidin məzarı və ailəsi ziyarət olundu – FOTOLAR

0
179
bineqedi-sehid-rovsen-huseynov.png
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazan qəhrəmanlarımızdan biri Rövşən Hüseynovun doğum günü münasibətilə məzarı ziyarət olunub.
Bineqedi.com xəbər verir ki, Rövşən Kazım oğlu Hüseynov 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsinə yollanmış və Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayan döyüş yolu Cəbrayıl rayonunda davam etmişdi.
23 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə aldığı qəlpə yaralarından şəhidlik zirvəsinə ucalıb. 25 oktyabr 2020-ci ildə Binqədi qəsəbəsi qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Hüseynov Rövşən Kazım oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ad günü münasibətilə Binəqədi Ryaon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Füzuli Mehrabzadə, İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və digər əməkdaşlar məzarını və ailəsini ziyarət ediblər.
Bineqedi.com
May be an image of 11 people, people standing and outdoorsMay be an image of 13 people, people standing, military uniform and outdoorsMay be an image of 13 people, people standing and outdoorsMay be an image of 7 people, people standing, monument and outdoorsMay be an image of 10 people, people standing and outdoorsMay be an image of 9 people, people standing and outdoorsMay be an image of 10 people, people standing and outdoorsMay be an image of 9 people, people standing and outdoorsMay be an image of 8 people, people standing and outdoorsMay be an image of 8 people, people standing and outdoorsMay be an image of 6 people, people standing and outdoorsMay be an image of 8 people, people standing and outdoorsMay be an image of 7 people, people standing and outdoorsMay be an image of 5 people, people standing and outdoorsMay be an image of 1 person, standing and text that says 'Bakı şahari Binaqadi Rayon İcra Hakimiyyati Şahid asgar Hüseynov Rövşan Kazım oğlu OLIS Şahidlerimizin ruhu qarşısında baş ayirik!'
Əvvəlki məqaləEmin Əmrullayev: “Belə müəllimin şagird qarşısına çıxması günahdır”
Növbəti məqalədəPaşinyan Türkiyədən savaş mesajı aldı: Kreml İrəvana təhlükəsizlik təminatı vermir