Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən Muay Thai üzrə Dünya çempionatında Binəqədi rayon ərazisində yerləşən “İNAM” idman klubunun idmançıları çıxış ediblər.
Bineqedi.com xəbər verir ki, çempionatda iştirak edən idmançılardan Xəyal Əliyev (16-17 yaş, 60 kq) və Nihad Şoranov (16-17 yaş, 45 kq) bütün rəqiblərinə qalib gələrək Dünya çempionu adına sahib olublar. Natiq Əliyev (14-15 yaş, 42 kq) isə final görüşündə məğlub olaraq gümüş medalın sahibi olub. Rəvan Qasımov (14-15 yaş, 75 kq) və Murad Nuruzadə (16-17 yaş, 54kq) isə bürünc medalın sahibi olub.
Qeyd edək ki, Xəyal Əliyev Binəqədi rayonu 283 saylı tam orta məktəbin şagirdi, Nihad Şoranov 284 saylı tam orta məktəbin şagirdi, Natiq Əliyev 182 saylı tam orta məktəbin şagirdi, Rəvan Qasımov 244 saylı tam orta məktəbin şagirdi, Murad Nuruzadə isə 100 saylı tam orta məktəbin məzunudur. Yığma komandamız yarışda baş məşqçi Fəxri Əliyevin rəhbərliyi altında mübarizə aparıb. İdmançılarımızı təbrik edir, gələcək yarışlarında uğurlar arzu edirik!
Bineqedi.com