Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif şəhər və rayonlarından, qəsəbələrindən, kəndlərindən məktublar gəlir.
Bineqedi.info saytı paytaxtın Binəqədi rayon sakinlərinin Prezindentin rəsmi saytında yer alan məktublarını olduğu kimi təqdim edir:
“Möhtərəm cənab Prezident. Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı hər zaman Sizin diqqətinizdə olub. Vaxtilə qəbul edilmiş Dövlət proqramlarının icrası sayəsində bir çox problemlərimiz aradan qaldırıldı. İndi də insanları narahat edən məsələlərin həlli üçün lazımi tədbirlər görülür.
Yaşadığımız 28 May qəsəbəsində son dövrlərdə yeni abadlıq işləri görülməkdədir. Məktəb, bağça və tibb məntəqəsinə gedən yollar yenidən qurulub. Bütün bunlar insanların rahatlığına xidmət edir və sakinləri haqlı olaraq razı salır.
Əziz Prezidentimiz, qəsəbəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinə görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Həyatınız daim firavan və bahar təravətli olsun.
Hörmətlə,
Gülverdiyev İsmayıl Gülbaba oğlu, Pənahov Elbrus Yunis oğlu, Sultanova Həlimə Səməndər qızı, Cəfərov Əziz Ağahəzər oğlu, Kərimov İmran Fizuli oğlu və başqaları (cəmi 24 nəfər).
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi”.
***
Hörmətli cənab Prezident İlham Əliyev. Mən bir Azərbaycan vətəndaşı olaraq bu məktubu Sizə böyük qürur hissi ilə yazıram. Sizin fəaliyyətinizi təkcə Azərbaycan xalqı deyil, dünya ictimaiyyəti də yüksək qiymətləndirir. Gördüyünüz işlər Azərbaycanımızı dünyaya tanıtdırır. Ölkəmizin inkişafı göz qabağındadır. Xüsusilə gənc nəsilə göstərdiyiniz diqqət və qayğı çox təqdirəlayiqdir. Mən gənc nəslin bir nümayəndəsi, öz Prezidentinə sevgisi və dəstəyi olan vətəndaş kimi Sizə təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan, yaşasın cənab İlham Əliyev!
Hörmətlə, Bağırzadə Kamran Böyükağa oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
***
“Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan abadlıq-quruculuq işləri, o cümlədən təhsil müəssisələrinin, mədəniyyət evlərinin, muzeylərin və idman arenalarının tikintisi və əsaslı təmiri hər bir vətənpərvər insanı qəlbən sevindirir, əhalidə xoş ovqat yaradır.
Son illərdə ictimai yaşayış binaları əsaslı təmir edilir, onların həyətlərində vətəndaşların istirahəti üçün lazımi şərait yaradılır, parklar salınır. Bu işlər bizim Binəqədi rayonunda da uğurla icra olunur. Hazırda S.S.Axundov küçəsi 2 ünvanında sakinlərin rahatlığı və istirahəti üçün müasir standartlara uyğun park salınır.
Cənab Prezident, Sizin göstərişləriniz və diqqətiniz sayəsində görülən bu işlər birbaşa vətəndaşlara göstərdiyiniz qayğının və dəyərin göstəricisidir. Buna görə Sizə təşəkkür edirəm. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə, Məmmədov Miryusif Əli oğlu. Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.