Binəqədidə naməlum şəxs avtobusa hücum edib şüşələrini sındırdı – VİDEO

0
59
bineqedi-birinci-meden

Bakıda naməlum şəxs marşrut avtobusuna hücum edib.

Bineqedi.com xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib. O, sürücüyə və avtobusa zərbələr endirib. Nəqliyyat vasitəsinin şüşələrini sındırıb.

Baş vermiş hadisə ilə bağlı polisə müraciət edilib. Araşdırma aparılır.

DİN Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı təhqiqat araşdırması aparılır: “Araşdırmanın nəticəsinfən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Hadisəni törədən Şıxızadə Azad Rasim oğlu saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb.

Əvvəlki məqaləDaha 95 erməni hərbçinin meyiti təhvil verildi – RƏSMİ
Növbəti məqalədəBinəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə açıq birincilik keçirildi – FOTOLAR