11 nömrəli onbirillik musiqi məktəbində Arif Məlikovun anadan olmasının 89 illiyi qeyd edilib – FOTOLAR

0
559
arif-melikov-adina-musiqi-mektebi.png

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A. Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun anadan olmasının 89 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.

Bineqedi.com saytına verilən məlumata görə, musiqi məktəbində görkəmli bəstəkara həsr olunmuş guşə təşkil olunub.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev də iştirak edib. Eləcə də 21 nömrəli onbirillik musiqi məktəbinin direktoru, professor Məmməd Quliyev və 16 nömrəli uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim Fikrət Budaqov tədbirdə iştirak ediblər.

Tədbirdə görkəmli bəstəkarın yaradıcılıq yolundan söhbət açılıb.

Qeyd olunub ki, görkəmli bəstəkarın xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən əsərləri eyni həyəcan və coşqu ilə dünyanın hər bir ölkəsində dinlənilir, səhnələşdirilir. Arif Məlikov musiqisi ilə Azərbaycan musiqi sənəti dünyanın bir çox ölkəsində təmsil olunaraq rəğbət qazanır.

Bildirilib ki, böyük sənətkar məhsuldar fəaliyyəti ilə Azərbaycan tarixində və mədəniyyətində iz buraxmağı bacarıb və həm bəstəkar, həm rəssam, həm də müəllim kimi ölkəsinə xidmət göstərib.

Məktəbin direktoru Rövşən Məmmədov 11 nömrəli onbirillik musiqi məktəbinə dahi bəstəkarın adının verilməsinə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra məktəbin şagirdləri görkəmli bəstəkarın seçilmiş əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış ediblər.

Tədbirin sonunda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev iştirakçılara öz minnətdarlığını bildirib və yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Bineqedi.com

Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 2 nəfər və içəridə şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər və içəridə şəkili ola bilərBir 3 nəfər, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar, gitara və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Əvvəlki məqaləBinəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə açıq birincilik keçirildi – FOTOLAR
Növbəti məqalədəBinəqədidə törədilmiş dəhşətli qətllə bağlı təfərrüatlar – Cinayət işi