Binəqədidə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

0
61
meyit-cinayet-qetl-olum

Bakıda qətl törətməkdə təqsirləndirilən R. Rəhmanovun barəsində Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə hökm çıxarılıb.

Bineqedi.com saytı report-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, R. Rəhmanov 1994-cü il təvəllüdlü C. Allahverdiyevi ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

R. Rəhmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bineqedi.com

Əvvəlki məqaləÖlümü ilə İranı ayağa qaldıran 22 yaşlı Məhsa kimdir?
Növbəti məqalədəTanınmış aparıcı Binəqədili gənclərlə görüşəcək