“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi “Əsgərə məktub” layihəsinə start verib.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi Rayon Gənclər və İdman İdarəsindən bildiriblər ki, layihənin məqsədi daim döyüşə hazır olduğumuzu bildirmək, əsgərlərimizdə ruh yüksəkliyini daha da artırmaqdan ibarətdir.
Layihəyə əvvəlcə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evinin əməkdaşları məktublarını yazaraq dəstək göstərib.
Binəqədi Gənclər Evində ayrılan xüsusi məktub qutusuna yazdığınız məktubları ataraq hər bir Azərbaycan vətəndaşı mənəvi dəstəyini əsgərlərimizə göstərə bilər.
Qeyd olunub ki, xalqımızın birliyini simvolizə edəcək toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaq.
Bineqedi.com