Binəqədidə tanınmış aparıcı ilə görüş keçirilib – FOTOLAR

0
58
Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi Gənclər Evində keçirilən layihənin növbəti qonağı “Gənclər informasiya müharibəsində” mövzusunda jurnalist və teleaparıcı Aytən Səfərova ilə olub.
Tədbirdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Günel Həsənova və Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və gənclər iştirak edib.
Görüşdə Aytən Səfərova ilk öncə tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallara ətraflı cavab verib. Söhbət formatında qurulan görüşdə jurnalist özünün həyat və yaradıcılığından, müharibə və medianın qarşılıqlı münasibətindən məlumat verib. Daha sonra A. Səfərova gənclərin suallarını səmimi şəkildə cavablandıraraq onları Vətəni sevməyi, informasiya müharibəsində hər zaman fəal olmağı, daim mütaliə etməyi, dünyagörüşlərinin zənginləşdirilməsi və intellektinin formalaşdırılması istiqamətində öz üzərlərində işləməyi tövsiyə edib.
Olduqca maraqlı keçən görüşdən sonra çay süfrəsində, Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova tərəfindən fəalliyyətlərimiz, keçirilən layihələr haqqında ətraflı məlumat verilib və xatirə şəkili çəkilib.
Xatırladaq ki, Aytən Səfərova 1998-2015-ci illərdə “ANS” teleradio yayım şirkətində çalışıb. Hazırda “Xəzər” televiziyasında “Xəzər səhər” verilişinin aparıcısıdır və media sahəsində mütəxəssisdir.
Bineqedi.com
Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 5 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 13 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləPayızda xəstələnməmək üçün nə yeməliyik?
Növbəti məqalədəBinəqədi polisləri narkokuryerlik edən taksi sürücüsünü saxladılar – VİDEO