Bakıda xuliqanlıq niyyətilə tanışını bıçaqlayan şəxs 6 il 6 ay azadlıqdan məhrum edilib.
Bineqedi.com saytının trend-ə istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Telman Fərəcova hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsində baş verib.
30 yaşlı Fərəcov Telman İlham oğlu şəxsi münasibətlər zəminində 43 yaşlı Talışov Cavid Dursunəli oğlunun qarnına bıçaqla xəsarət yetirib.
Nəticədə C.Talışov ağır xəsarətlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bineqedi.com