Binəqədidə şəhid ailələri ziyarət olundu – FOTOLAR

0
86
bineqedi-sehid-anim.png
26 sentyabr 2022-ci il tarixində sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçuları Qocayev Vadim Alik oğlu və Qəfərli Amin Rasim oğlunun ailələri ziyarət edilib.
Bineqedi.com saytı xəbər verir ki, ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, müavin Sevinc Süleymanova, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyev, Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Biləcəri bələdiyyəsinin sədri Ehtibar Cabbarov, Binəqədi Came məscidi Dini İcmasının sədri Rafayil Abbasov iştirak ediblər.
Ziyarət zamanı Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə hörmət və ehtiramını bildirərək, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən hər bir dövlət qurumu şəhid ailələri və qazilərin problemləri ilə mütəmadi olaraq yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirirlər.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkürünü bildirərək, tez bir zamanda şəhidlərmizin qisasını aldıqları üçün Ali Baş Komandan başda olmaqla rəşadətli Ordumuza minnətdarlıqlarını bildiriblər.
Bineqedi.com
Bir 5 nəfər, oturan insanlar və açıq hava şəkili ola bilərBir 8 nəfər, oturan insanlar və açıq hava şəkili ola bilərBir 8 nəfər, oturan insanlar və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi – FOTOLAR
Növbəti məqalədəCeyhun Bayramov Çavuşoğlu və Lavrovla telefonla danışdı