Binəqədidə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi – FOTOLAR

0
51
bineqedi-anim-gunu-agacekme.png
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi yolunda canlarını fəda edən Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq 7-ci mikrorayon Dərnəgül parkı ərazisində ağacəkmə aksiyası keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar Cəmiyyətinin, ictimai birliklərin üzvləri, ziyalılar və rayon ictimaiyyəti iştirak ediblər.
7-ci mikrorayon Dərnəgül parkı ərazisində 2020-ci ildə Vətən müharibəsində şəhid olmuş üç min igid oğullarımızın xatirəsinə salınmış parkda ictimaiyyət nümayəndələrinin iştirakı ilə 100 ədəd Eldar şamı və sərv ağacları əkilib, digər ağaclara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılıb.
Bir 5 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və ot şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilər
Bir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləKamaləddin Qafarov: “Ermənistanın fitnəkarlıqları hərbi əməliyyatları qaçılmaz etdi”
Növbəti məqalədəBinəqədidə şəhid ailələri ziyarət olundu – FOTOLAR