Binəqədidə daha bir küçədə yollar təmir olunur – FOTOLAR

0
50
bineqedi-yol-temiri-bileceri1
Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi üzrə 5.5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işləri Zəngəzur küçəsi döngə 3 ünvanında aparılır.
Bineqedi.com saytı xəbər verir ki, ümumi uzunluğu 450 metr olan sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
Bineqedi.com
Bir açıq hava şəkili ola bilər
Bir 1 nəfər və açıq hava şəkili ola bilər
Bir açıq hava şəkili ola bilərBir 4 nəfər və açıq hava şəkili ola bilərBir açıq hava şəkili ola bilərBir açıq hava şəkili ola bilər
Əvvəlki məqaləVüsar İsmayılov: “Azərbaycan revanşist cəhdlərə ən sərt formada cavab verəcək”
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsində səyyar qəbulu keçirilib