Binəqədi rayonunda ahıl vətəndaşlar və müharibə veteranları arasında şahmat, dama və nərd oyunları üzrə rayon turniri keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 sentyabr 2022-ci il tarixində R. Aboyev adına Mədəniyyət və İstirahət parkında ahıl vətəndaşlar və müharibə veteranları arasında şahmat, dama və nərd oyunları üzrə rayon turniri keçirilib.
Şahmat turnirinin nəticəsinə əsasən, 1-ci yeri Qocamanov Zabit, 2-ci yeri Qurbanov Zakir, 3-cü yeri Xəlilov Firuddin tutub.
Dama turnirinin nəticəsinə əsasən, 1-ci yeri Həsənov Teyyub, 2-ci yeri Şəbəndəyev İmamverdi, 3-cü yeri Məhərrəmov Adil tutub.
Nərd turnirinin nəticəsinə əsasən, 1-ci yeri Qafarov Zakir, 2-ci yeri Dünyamalıyev Səlimxan, 3-cü yeri Əliyev Rza tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak edib.
Bineqedi.com