Binəqədi qəsəbəsi qəbiristanlığında Vətən müharibəsi Şəhidlərinin anım mərasimi keçirilib – FOTOLAR

0
55
bineqedi-sehid-anim.png
Binəqədi rayonu Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Kompleksində Vətən müharibəsi şəhidləri – Əli Nadir oğlu Bayramov və Ayhan Akif oğlu Haqverdiyevin şəhadətlərinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın kollektivi, gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsində şəhidlərimiz əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində erməni işğalçılarnı ölkəmizdən qovaraq vətənimizin bütövlüyünü bərpa ediblər: “Vətəni müdafiə etmək, onun uğrunda canını qurban vermək böyük fədakarlıqdır. Qurban verdikləri bir canla onlarla bəlkə də yüzlərlə insanın canını xilas edən oğullarımıza hər zaman borcluyuq. Böyük Zəfəri və Böyük Qələbəni xalqımıza bəxş edən şəhidlərimizi ən səmimi, ən ülvi duyğularla yad edirik”.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında bildirib ki, hər bir azərbaycanlının qəlbindəki torpaq həsrətinə Azərbaycan əsgəri addım-addım son qoydu: “Şəhidlik elə bir mötəbər zirvədir ki, hər kəs o zirvədə olmaq istəsə də, yalnız seçilmiş bəndələrə o məqam qismət olur. Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidimizin xatirəsini daim uca tutur. Bu günə qədər Vətən müdafiəçisi qardaşlarımız bu torpağın hər qarışını göz bəbəyi kimi qoruyub, onun uğrunda canını da qurban etməkdən qorxmayıb. Bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir. Onların hər birinin adı daim qəlbimizdə yaşayacaq. Şəhidlər ölməz, Vətən bölünməz”.
Bineqedi.com
Bir 13 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 16 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 5 nəfər, uşaq, ayaqüstə duran insanlar, açıq hava və bunu deyən yazı "BAYRAMOV d" şəkili ola bilərBir 1 nəfər və açıq hava şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləErmənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı
Növbəti məqalədəBinəqədidə qadın evə silahlı basqın edib