Binəqədidə şəhidlərimiz anılıb – FOTOLAR

0
57
Vətən müharibəsi şəhidləri-Ramin Rizvan oğlu Quliyev və Toğrul Rüfət oğlu Hacıyevin şəhadətlərinin ikinci ildönümü, İbrahim Abdulla oğlu İbrahimovun doğum günü münasibətilə Binəqədi və Biləcəri qəsəbə ərazisində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Komplekslərində anım mərasimləri qeyd edilib.
Bineqedi.com saytı xəbər verir ki, Anım mərasimlərində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu, şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını diqqətə çatdırdı.
Mərasimdə həmçinin çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin hər zaman uca tutulduğunu və ehtiramla yad edildiyini, Prezident- Ordu-Xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyini, haqq-ədalətin bərpa olunduğunu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını, üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalandığı vurğuladı.
Bineqedi.com
Bir 11 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 11 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 13 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləAzərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradıldı
Növbəti məqalədəMillət vəkilimiz Azay Quliyev 6-cı mikrorayonda seçicilərlə növbəti görüşünü keçirib – FOTOLAR