Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi və “Bir Könüllü” Təşkilatının birgə təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində asudə vaxtın səmərəli təşkili məqsədilə şahmat turniri keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, şahmat turnirinin nəticəsinə əsasən, 1-ci yeri Asim İmanov, 2-ci yeri Faiq Abasov, 3-cü yeri Məhəmməd Mehdiyev tutub.
Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirib.
Qaliblərin mükafatlandırılması mərasimində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak edib.
Bineqedi.com