Binəqədidə şəhidlərimizin anım mərasimləri keçirilib – FOTOLAR

0
52
bineqedi-sehid-anim
Xocəsən qəsəbəsində Vətən müharibəsi şəhidi Həci Hüseynovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edilib.
Bineqedi.com saytı xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının nümayəndləri, Rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızın qəhrəmanlığından söhbət açaraq bildirdi ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın Zəfər tarixinə qızıl hərflərlə yazıldı və şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün bir nümunədir.
Millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışlarında şəhidlərimizin ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunması yolunda müstəsna xidmətlərindən danışaraq, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açdılar.
Şəhidin valideynləri övlad itkisinin nə qədər ağır olduğunu bildirsələr də, övladlarının belə şərəfli yolda, Vətən uğrunda qəhrəmancasına şəhid olmasından fəxr duyduqlarını diqqətə çatdırdılar və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Bineqedi.com
Bir çiçək və açıq hava şəkili ola bilərBir 7 nəfər, çiçək və açıq hava şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləRəsmi Bakıdan Paşinyanın təklifinə münasibət
Növbəti məqalədəBinəqədidə parkın içində bina tikilir? – VİDEO