Şəhid Nihat Rzaxanovun şəhadətinin ikinci ildönümü münasibətilə anım tədbiri keçirilib – FOTOLAR

0
176
bineqedi-icra-sehid-anim
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli əsgər Nihat Natiq oğlu Rzaxanovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edilib.
Bineqedi.com xəbər verir ki, anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, bələdiyyənin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu, Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə Qarabağda yeni bir tarix yazdı.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov şəhidimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbəmizdən danışdı.
Şəhdimiz Nihad Rzaxanovun təhsil aldığı 301 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunmuş, vətənpərvər mövzulu şeirlər söylədilər.
Bineqedi.com
Bir 11 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləİspaniya Parlamentinin Azərbaycana qarşı siyasi riyakarlığının səbəbi nədir?
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri yazır – MƏQALƏ