Bakıda evdən 25 min dollar pul oğurlanıb.
Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 25000 dollar və 200 avro oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Əliyev saxlanılıb.
Binəqədi rayonunda həmçinin kütləvi dava olub və iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Xırdalan-Binəqədi şossesində yerləşən iaşə obyektində qeydə alınıb.
Belə ki, “TikTok” kafesində müştərilər hesaba görə iaşə obyektinin sahibi ilə mübahisə ediblər.
Hadisə əlbəyaxa dava ilə yekunlaşıb.
Nəticədə C. Hüseynov və F. Məmmədov baş nahiyəsindən küt alətlə xəsarətlər alıblar.
Yaralılar aldıqları xəsarətlərdən xəstəxanaya çatdırılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə xuliqanlıq zəminində baş verib.
Faktı Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları araşdırırlar