Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən “İmza saatı” layihəsi” davam edir.
Bineqedi.com saytına verilən məlumata görə, Binəqədi Gənclər Evində keçiriləcək olan layihənin növbəti görüşü Yunan-roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev ilə
olub.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Günel Həsənova və gənclər iştirak edib.
Görüşdə Rasul Çunayev ilk öncə tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallar ətrafında danışıb.
Daha sonra o, idmana necə başlamağından, qazandığı uğurlardan bəhs edib.
İdmana yeni başlayan gənclərə daim dəstək olduğunu qeyd edən idmançı, gənclərin təhsilə önəm verməsini də xüsusilə vurğulayıb.
Gənclər tərəfindən ünvanlanan sualları ətraflı şəkildə cavablandıran idmançımızla sonda xatirə şəkili çəkilib.
Bineqedi.com








