AQTA, DİN və Binəqədi RİH-in növbəti reydi – VİDEO

0
55
mal-eti-reyd
Ət satışı məntəqələrində bir sıra uyğunsuzluqlar aşkarlanıb

Küçələrdə, yol kənarlarında, antisanitar şəraitdə fəaliyyət göstərən ət atışı məntəqələrindəki qanunsuzluqlar bununla məhdudlaşmır. Kəsim zamanı istifadə olunan alət və ləvazimatların natəmizliyi, məntəqənin ümumi gigyenik vəziyyəti heç bir baytarlıq-sanitar normalarına cavab vermir. Buda satılan ətlərin təhlükəsizliyinə birbaşa təhdiddir.

Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, sahibkarlar hələ də öz qanunsuz fəaliyyətlərinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışırdılar. Monitorinq zamanı müşahidə etdik ki, hətta reydin olduğunu görüb mağazanın qapısına qıfıl vuranlar da var idi. Ümumi vəziyyət isə göz qabağındadır.

Küçələrdə, yol kənarlarında, antisanitar şəraitdə fəaliyyət göstərən heyvan kəsimi və satışı məntəqələrində həyata keçirilən reydlər bundan sonra da davam etdiriləcək.

Əvvəlki məqaləYeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib
Növbəti məqalədə12 metrlik avtobuslar Binəqədi qəsəbəsi – “Gənclik” metrosu üzrə daşımalara cəlb olunacaq