Binəqədi rayonunun Mehdiabad qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Belə ki, Bakı şəhər sakinləri Valeh Qəhrəmanovun idarə etdiyi VAZ-21015, K.Bağırovun idarə etdiyi “Mercedes” markalı yük və Gəncə şəhər sakini S.Ələsgərovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə V.Qəhrəmanov hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Binəqədi rayonunda daha bir ağır yol qəzası baş verib.
Oxu.az-ın məlumatına görə, hadisə Bakı Beynəlxalq Avtovağzalının arxa yolunda qeydə alınıb.
Belə ki, “Jeep” markalı avtomobilin sürücüsü “KamAZ” markalı yük maşınını sağdan ötmək istəyərkən qəza törədib.
Hadisə nəticəsində xəsarət alan olmasa da minik avtomobili deformasiyaya uğrayıb.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.