Binəqədidə yerləşən qazaxanalarda qışa hazırlıq işləri tamamlanmaq üzrədir – FOTOLAR

0
90
bineqedi-istilik-reyd
Qış mövsümünün başlaması ilə əlaqədar olaraq rayon ərazisində yerləşən qazaxanalarda qışa hazırlıq işləri tamamlanmaq üzrədir.
Bineqedi.com xəbər verir ki, rayonumuzun 3 İstilik Sistemləri İstismar Sahəsi üzrə 34 məhəllədaxili qazanxana və 6 istilik məntəqəsi mövcuddur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Azər Kərimov, Sakinlərin Müraciəti Xidmətinin rəisi Seymur Əliyev, Binəqədi Rayon İstilik İdarəsinin rəisi Rövşən Tağıyev ərazi üzrə İstilik Sistemləri İstismar sahəsinin əksəriyyət qazanxanalarında oldular, havaların kəskin soyuması ilə əlaqədar olaraq sakinlərin istilik təchizatının mövcud vəziyyəti ilə maraqlandılar, sakinlərə yüksək xidmət göstərilməsi barədə müvafiq tapşırıqlar verdilər.
Keçirilən reydlərdə məqsəd qazanxanaların fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün lazım olan bütün texniki şərtlərin vacibliyi, eləcə də qaz, su, istilik və elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi məqsədilə bütün mümkün olan vasitələrdən maksimum istifadə edilməsidir.
Bineqedi.com
May be an image of 2 people and people standingMay be an image of 3 people, indoor and text that says 'A 3/08350 1'May be an image of 3 people, people standing and indoorMay be an image of 3 people and people standingMay be an image of 2 people and indoorMay be an image of 3 people and people standingMay be an image of 2 people and people standing
Əvvəlki məqaləBinəqədidə taksi sürücülərinə qarşı soyğunçuluq edilib – VİDEO
Növbəti məqalədəPrezident YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovu təltif etdi